“Qarabağ” və “Neftçi” klubları cərimələnib

"Qarabağ" və "Neftçi" klubları cərimələnib



Qarabag və Neftci klublari cərimələnib

AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi” klublarını cərimə edib.

“Report”un məlumatına görə, səbəb kimi hər iki komandanın Azərbaycan Premyer Liqasının XI turunda keçirdiyi ev oyunlarında azarkeşlərin davranışları göstərilib.

“Qarabağ”ın “Keşlə”yə 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra meydana fanat daxil olub. Bu səbəbdən, Ağdam təmsilçisi 1 600 manat cərimələnib.

Eyni hal “Neftçi”nin “Sabah”a 1:2 hesabı ilə uduzduğu görüşdə də təkrarlanıb. Oyun zamanı isə flaqman fanatları meydana kənar əşyalar atıblar. Nəticədə “ağ-qaralar” hər iki olayla əlaqədar ümumilikdə 3 200 manat ziyana düşüblər.





Mənbə: https://report.az/futbol-xeberleri/qarabag-ve-neftci-klublari-cerimelenib898890/

Comments are closed, but trackbacks and pingbacks are open.