Qarabağda yeni hidroloji stansiyaların tikintisi üzrə PLANLAR AÇIQLANDI – Yenicag.Az

Qarabağda yeni hidroloji stansiyaların tikintisi üzrə PLANLAR AÇIQLANDI – Yenicag.Az


2020-ci ildən etibarən Azərbaycan ərazisindəki çaylarda 25 avtomat hidroloji stansiya tikilib, ölkənin su ehtiyatlarına nəzarətin təmin olunması məqsədilə Qarabağda daha 10 stansiyanın tikintisi planlaşdırılır.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin rəisi Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, bu işlər Nazirlər Kabinetinin 2020-ci ildə işə saldığı layihə çərçivəsində aparılır.

M.Əbdülhəsənov bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində iki milyard kubmetrə yaxın su ehtiyatı mövcuddur: “Azad edilmiş ərazilərdəki bütün sular dövlət nəzarətindədir. Biz Qarabağda avtomat hidroloji stansiyasının tikintisini planlaşdırırıq”.

Şöbə rəisi, həmçinin bildirib ki, bu cür stansiyalar Araz və Oxçuçaya kimi trans-sərhəd çaylarında, eləcə də Tərtər, Köndələnçay, Həkəri, Xatınçay və bir sıra digər çaylar üzərində salınacaq: “Zərurət halında stansiyaların sayını artıracağıq. Bu stansiyaların tikintisi üzrə işlər dövlət büdcəsi hesabına aparılır və Nazirlər Kabinetinin layihələrindən birinin tərkib hissəsidir”.

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/qarabagda-yeni-hidroloji-stansiyalarin-tikintisi-uzre-planlar-aciqlandi/

Comments are closed, but trackbacks and pingbacks are open.