“Qarabağ”ın keçmiş qapıçısı ilk filmini təqdim edib

"Qarabağ"ın keçmiş qapıçısı ilk filmini təqdim edib



Qarabagin kecmis qapicisi ilk filmini təqdim edib

İslandiyanın “Valur” klubunda çıxış edən “Qarabağ”ın sabiq qapıçısı Hannes Halldorsson London Film Festivalında “Cop Secret” adlı ilk filmini təqdim edib.

“Report”un məlumatına görə, rejissor kimi fəaliyyət göstərən 37 yaşlı qolkiper bir neçə soyğunçuluğun araşdırılması zamanı iş ortağına aşiq olan polis məmurundan bəhs edən film çəkib.

İslandiyalı qolkiper daha əvvəl 2018-ci Rusiyada keçirilmiş dünya çempionatı zamanı sponsorlardan birinin reklam çarxlarını ərsəyə gətirib.

Qeyd edək ki, İslandiya millisinin sabiq qapıçısı 2019/2020 mövsümündə “Qarabağ”ın formasını geyinib.





Mənbə: https://report.az/futbol-xeberleri/qarabag-in-sabiq-qapicisi-ilk-filmini-teqdim-edir/

Comments are closed, but trackbacks and pingbacks are open.