“Qarabağ”ın sabiq futbolçusu Türkiyə klubuna keçə bilər

"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna keçə bilər



Qarabagin sabiq futbolcusu Turkiyə klubuna kecə bilər

Çinin “Çjetszyan Qrintaun” klubundan ayrılan “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirə bilər.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, “Kocaelispor” 31 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

TFF 1-ci liqa təmsilçisi Cənubi Afrikadan olan forvardla danışıqlara başlayacaq.

Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin avqustundan 2018-ci ilin dekabrınadək “Qarabağ”da çıxış edib. Ağdam təmsilçisi yanvarda təcrübəli oyunçu ilə danışıqlar aparmışdı.





Mənbə: https://report.az/futbol-xeberleri/qarabag-in-sabiq-futbolcusu-turkiye-klubuna-kece-biler/

Comments are closed, but trackbacks and pingbacks are open.