Qaradağ rayonunda gənc oğlan bıçaqlanıb

Bakıda 30 yaşlı kişi bıçaqla özünə xəsarət yetirdi



Bakida 30 yasli kisi bicaqla ozunə xəsarət yetirdi

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Xankişiyev Ağaxan Rövşən oğlu “Qobu Park” adlanan yaşayış kompleksinin ərazisində mübahisə zəminində bıçaqlanıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

A.Xankişiyev əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.





Mənbə: https://report.az/hadise/qaradag-rayonunda-genc-oglan-bicaqlanib643/

Comments are closed, but trackbacks and pingbacks are open.