Qaxda BMT-nin xidməti avtomobili qəzaya düşüb, xəsarət alanlar var

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Qax rayonunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinə məxsus “Toyota Camry” markalı avtomobil qəzaya düşüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Camry” markalı 076-D-001 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletdə olan iki nəfər – Qax rayonunun Əmbərçay kənd sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/qaxda-bmt-nin-xidmeti-avtomobili-qezaya-dusub-xesaret-alanlar-var/

Comments are closed, but trackbacks and pingbacks are open.