Qaxda yaşayış evi yanıb | Report.az

Qaxda yaşayış evi yanıb | Report.az



Qaxda yasayis evi yanib Reportaz

Qax rayonunda yaşayış evi yanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaxbaş kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Nazim Paşa oğlu Heydərova məxsus ev qəfildən alışıb.

Hadisə zamanı ümumi sahəsi 120 kv/m olan kürsülü ev içərisindəki əşyalarla birlikdə tamamilə kül olub.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.





Mənbə: https://report.az/hadise/qaxda-yasayis-evi-yanib20102021/

Comments are closed, but trackbacks and pingbacks are open.