Qobustanda avtomobil 2 piyadanı vuraraq öldürüb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 27-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Hüseynov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Adil Canatovu və Tərlan Şahpələngovu vurub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/qobustanda-avtomobil-2-piyadani-vuraraq-oldurub/

Comments are closed, but trackbacks and pingbacks are open.