Qumar oynayanlar 5 min manat CƏRİMƏLƏNƏCƏK – Yenicag.Az

Qumar oyunlarının reklamı ilə bağlı QADAĞA təsdiqləndi


Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə cərimələr artırılıb.

Yenicag.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Hazırda qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur. Dəyişikliyə əsasən, artıq qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/qumar-oynayanlar-5-min-manat-cerimelenecek/

Comments are closed, but trackbacks and pingbacks are open.