Qurban Qurbanov: “Futbolçulara iradım yoxdur”

Qurban Qurbanov: "Futbolçulara iradım yoxdur"



Qurban Qurbanov Futbolculara iradim

“Futbolçuları təbrik etmək istəyirəm. Qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, bu gün oyunçularım çox böyüdülər. Konfrans Liqasının qrup mərəhələsində bir oyunumuz qalıb”.

“Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə Kiprin “Omoniya” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis son qarşılaşmaya da eyni motivasiya ilə hazırlaşacaqlarını söyləyib: “Futbolçulara heç bir iradım yoxdur. Görüşdəki qollar da maraqlı alındı. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyevin son qoldakı səhvindən danışıb: “Bu, futbolda nadir görünən epizoddur. Burada Şahruddinin səhvindən çox rəqib futbolçunun ustalığı ön plana çıxdı. Həqiqətən çox gözəl alındı. Matçdan sonra qapıçımıza irad bildirmədim. Ona möhkəm olmasını söylədim. Dedim ki, qarşıda yaxşı oyunlarımız var”.

Təcrübəli baş məşqçi hakim idarəçiliyi haqqında da danışıb: “Düşünürəm ki, bu oyun hakimə böyük təcrübə oldu. İlk dəfə qrup mərhələsi matçını idarə edirdi. Həyəcanı da hiss olunurdu. Qolumuz və penaltimiz verilmədi. Rəqibə qırmızı vərəqə də verilmişdi. Sanki bunu sığortalamaq istəyi var idi. Buraxdığımız qollar texniki səhvlərdən oldu. Qarşıdakı oyunlarda hakimlərə uğurlar arzulayıram. İnanıram ki, növbəti görüşlərdə daha diqqətli olacaq”.

Mütəxəssis bütün oyunçularından razı qaldığını sözlərinə əlavə edib: “Təmiz qolumuz qeydə alınmadı. Bu, mənə Avropa Liqasında “İnter”lə oyundakı qolu xatırlatdı. Belə qollar sayılmırsa, nə deyə bilərəm?

Qurbanov görüşdə bir dəyişiklik etməsi barədə bunları söyləyib: “Hər şey axarında getdiyi üçün dəyişikliklər etmədim. Ümuməm belə oyunlarda dəyişiklik risqlidir. Bəzən anlaşılmazlıqlar ola bilər. Oyunu rəqibin cərimə meydanı ətrafında keçirdik. Bu səbəbdən dəyişikliyi lazım bilmədik”.





Mənbə: https://report.az/futbol-xeberleri/qurban-qurbanov-futbolculara-iradim-yoxdur/

Comments are closed, but trackbacks and pingbacks are open.