Qusarda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Qusarda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır



Qusarda avtomobil piyadani vurub vəziyyəti agirdir

Qusar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Həsənqala kəndində qeydə alınıb. Avtomobil yolu keçən piyada, 1981-ci il təvəllüdlü İsmayılov Səxavət Sıxaydın oğlunu vurub.

Yaralı əvvəlcə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bəbənin müştərək, qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əzikləri diaqnozları qoyulub.

S.İsmayılov reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.





Mənbə: https://report.az/hadise/qusarda-avtomobil-piyadani-vurub-veziyyeti-agirdir/

Comments are closed, but trackbacks and pingbacks are open.