Rəhman Hacıyev: “Şuşada abidələrin konservasiyası barədə müzakirələr aparılır”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə abidələrin konservasiyası barədə də müzakirələr aparılır və razılıq əldə olunacağı təqdirdə müvafiq işlərə başlanılacaq”.

“Report” xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “Zəfərdən dirçəlişə: Tarixi qələbədən sonra yeni yaranan reallıq” mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, Zəngilanda meşə massivinin salınması layihəsinə start verilib və bu layihə çərçivəsində 30 min ağacın əkilməsi planlaşdırılır: “Hər bir ağacın xüsusi suvarması olacaq. Bu təşəbbüs əlbəttə ki, bir rayonla məhdudlaşmayacaq, işğaldan azad edilən digər ərazilərdə də mütəmadi olaraq davam etdiriləcək”.





Mənbə: https://report.az/qarabag/rehman-haciyev-susada-abidelerin-konservasiyasi-barede-muzakireler-aparilir/

Comments are closed, but trackbacks and pingbacks are open.