İdman

Rəşad Sadıqov: “Futbolçuların reaksiyası məni qürurlandırır”

“Uşaqları bağrıma basıram. Sonadək əzmkarlıq göstərdilər”.

“Report”un məlumatına görə, bu fikirləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la 1:1 hesablı bərabərə qaldıqları Premyer Liqanın XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bəzi futbolçuların ayaq üstə güclə dayandığını söyləyib: “Rəqib bizdən daha yaxşı oynayırdı. Oyunçular başları yuxarı sonadək mübarizə apardılar. Çempionluğa oynayan komandaya məğlub olmadıq. Futbolçuların hadisələrə reaksiyası məni qürurlandırır. Sonadək mübarizə aparmağa çalışacağıq”.




Mənbə: https://report.az/futbol-xeberleri/resad-sadiqov-futbolcularin-reaksiyasi-meni-qururlandirir/

Related Articles

Back to top button