Rəşad Sadıqov futboldakı əsas kumirini açıqlayıb

Rəşad Sadıqov: "Xeyrimizə verilməyən penaltilər və qırmızı vərəqələr var"



Rəsad Sadiqov futboldaki əsas kumirini aciqlayib

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı, hazırda “Zirə” komandasının baş məşqçisi olan Rəşad Sadıqov öz kumirlərini açıqlayıb.

“Report”un məlumatına görə, 39 yaşlı mütəxəssis “Neftçi TV”də yayımlanan “Unudulmaz xatirələr” verilişində İngiltərə “Mançester Yunayted”inin keçmiş hücumçusu Erik Kantonaya futbolçu karyerasının ilk illərində rəğbət bəslədiyini bildirib.

Veteran müdafiəçi daha sonra “qırmızı şeytanlar”ın digər sabiq üzvü Devid Bekhemə azarkeşlik etdiyini söyləyib: “Ümumiyyətlə, “Mançester Yunayted”i sevdiyimdən bu komandanın “7” nömrələrinə hər zaman xüsusi simpatiyam olub. Amma əsas kumirim Kantona idi”.

Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ildən “Zirə”yə başçılıq edir. O, futbolçu karyerasında “Qarabağ”dan öncə “Turan”, “Neftçi”, Türkiyənin “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor” klublarının da formasını geyinib.





Mənbə: https://report.az/futbol-xeberleri/resad-sadiqov-futboldaki-esas-kumirini-aciqlayib/

Comments are closed, but trackbacks and pingbacks are open.