Rəşad Sadıqov: “Hakim səhvlərindən danışmaq ən xoşlamadığım şeydir”

Rəşad Sadıqov: "Xal qazanmaq istəyirsənsə, belə ucuz qollar buraxmamalısan"



Rəsad Sadiqov Xal qazanmaq istəyirsənsə belə ucuz qollar

“Futbolçularımı göstərikləri oyuna görə təbrik edirəm, alınlarından öpürəm. Qol imkanı vermirdik. Rəqib hesabda geriyə düşdü, böyük qüvvə ilə irəli atılmışdılar. Bu da gözlənilən idi”.

“Report”un məlumatına görə, bu fikirləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov evdə “Sabah”la 1:1 hesablı heç-heçə etdiklər Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis oyuna nəzarət edən tərəf olduqlarını bildirib: “60-cı dəqiqəyədək oyun tam bizim nəzarətimizdə olub. Daha sonra ağıllı müdafiə olunduq, rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Amma 90 dəqiqə hücumda qalmaq olmur. Oyundan razı qaldm. Bu il keçirdiyimiz ən dinamik və sürətli qarşılaşma idi”.

Sadıqov Təmkin Xəlilzadənin sarı vərəqə almasına da münasibət bildirib: “Hamımız bilirik ki, Təmkin emosional futbolçudur. İkinci sarı vərəqəni almaması üçün dərhal emosiyasını boğmağa çalışdım”.

Baş məşqçi çempionatdakı legionet limitinə də toxunub: “Limitə görə problem yaşamıram. Limitin dəyişdirilməsinin tərəfdarıyam. Amma bunun üçün komanda sayı da artırılmalıdır. Mən bunu ilin əvvəlində Məşqçilər Komitəsinə təklif etmişəm. Kollektiv şəkildə müzakirə etmək lazımdır. “Neftçi” və “Qarabağ” kimi komandalar təklif irəli sürürsə, bu, mütləq müzakirəyə çıxmalıdır. Çünki bu komandalar ölkə futbolunun yükünü çiynində daşıyır. Amma bütün bunlar mövsümün əvvəlində gerçəkləşməlidir. Hazırda heyəti bu limitə görə qurmuşuq. Limitin ləğv olunmasının milliyə zərəri olduğunu düşünmürəm. Bu məsələni nəzərdən keçirmək olar”.

Gənc mütəxəssis hakimlər haqqında danışmaq istəməyib: “Hakim səhvlərindən danışmaq ən xoşlamadığım şeydir. Amma elə epizdlar olur ki, nəticəyə təsir edir. Bu gün 10-11 xalımız ola bilərdi. Künc zərbəsindən sonra toqquşma zamanı top Mehdinin əlində idi. Rəqibin onu itələdiyi aydın görünür. Məyus olmamaq mümkün deyil”.





Mənbə: https://report.az/futbol-xeberleri/resad-sadiqov-hakim-sehvlerinden-danismaq-en-xoslamadigim-seydir/

Comments are closed, but trackbacks and pingbacks are open.