Rəsmi Bakı Rusiyaya başsağlığı verdi – Yenicag.Az

Rəsmi Bakı Rusiyaya başsağlığı verdi


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki “Listvyajnaya” mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “Twitter” səhifəsində paylaşım edib.

“Rusiya xalqına, “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”, – başsağlığında deyilir.

Qeyd edək ki, “Listvyajnaya” mədənində baş vermiş qəza nəticəsində 52 nəfər həlak olub, xəsarət alanların sayı 57 nəfərə çatıb.

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/resmi-baki-rusiyaya-bassagligi-verdi/

Comments are closed, but trackbacks and pingbacks are open.