Rafael Ağayev: “Söz verirəm ki, medallarımızın sayı çox olacaq”

Rafael Ağayev: "Söz verirəm ki, medallarımızın sayı çox olacaq"



Rafael Agayev Soz verirəm ki medallarimizin sayi cox olacaq

“Biz komanda yarışlarında üçüncü olduq. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir”.

“Report”un məlumatına görə, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında komanda kumitedə bürünc medal qazanmış Azərbaycan karateçisi Rafael Ağayev İnstaqram hesabında bildirib.

75 kq çəki dərəcəsində çıxış edən idmançı qələbəni şəhidlərə, bu il dünyasını dəyişən anasına və dostu Elnurun 7 yaşında vəfat edən Ömər adlı övladına həsr edib: “Hamınızı bağrıma basıram. Gələcəkdə medallarımızın sayı çox olacaq. Buna söz verirəm”.

Qeyd edək ki, dünya çempionatında həmçinin fərdi mübarizədə İrina Zaretska (68 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıb.





Mənbə: https://report.az/ferdi/rafael-agayev-soz-verirem-ki-medallarimizin-sayi-cox-olacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.