Ramiz Əzizbəylinin nəşi evinə gətirilib

Ramiz Əzizbəylinin nəşi evinə gətirilib - Foto+Yenilənib


Xalq artisti Ramiz Əzizbəylinin nəşi Yeni Yasamalda yaşadığı evə gətirilib.

Axşam.az xəbər verir ki, sənət dostları, yaxınları aktyorla vidalaşmağa toplaşıb. Mərhumun həyat yoldaşı Zümrüd Əzizbəyli həyat yoldaşının ölümündən danışıb.

“Ramiz Əzizbəyli çox yaxşı insan idi, xalqını, vətənini sevən. Hər zaman  deyirdi ki, Vətənim sağ olsun!” deyə, Z.Əzizbəyli bildirib.

***

Ramiz Əzizbəyli ilə vida mərasimi başa çatıb. Aktyorun nəşi dəfn edilmək üçün “Qurd qapısı” qəbiristanlığına aparılıb.

 

Ramiz Əzizbəylinin nəsi evinə gətirilib



Mənbə: https://axsam.az/?name=xeber&news_id=132914

Comments are closed, but trackbacks and pingbacks are open.