“Ramiz hər dəfə özünə təskinlik verirdi ki, sağalacam”

"Ramiz hər dəfə özünə təskinlik verirdi ki, sağalacam"


Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Əzizbəyli ötən gecə dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, sənət dostları aktyorla vidalaşmaq üçün onun evinə yollanıb.

Xalq artisti Valeh Kərimov R.Əzizbəyli ilə bağlı xatirələrini media nümayəndələri ilə bölüşüb:

“Xəstəxanaya getmək mümkün olmadı, buraxmadılar. Çünki koronoviruslu xəstələr yerləşmişdi. Hər danışanda özünə təskinlik verirdi ki, sağalacam. Azərbaycan mədəniyyəti, incəsənəti itirdi. 1960-70 ci illərdə güclə yetişən sənətkarlar bu illərdə getdi.

Ramizin filmlərini, obrazlarını görürsünüz, gözəl aktyor idi. Yumuşaq səsi ilə mahnılar da oxuyurdu. “Aman Tello” mahnısını onun kimi gözəl oxuyan olmadı. Heç bir müğənni inciməsin, amma Ramiz daha gözəl ifa etdi. Hər yerdə insan kimi sevilirdi, şən adam idi. Danışırdı, güldürürdü, lətifə deyirdi, hər adam onu bacarmırdı”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=132907

Comments are closed, but trackbacks and pingbacks are open.