Rektor müşavirini bıçaqlayan şəxs də BDU-nun işçisidir – AÇIQLAMA / FOTO – YENİLƏNDİ – Yenicag.Az

BDU rektorunun müşaviri universitetdə bıçaqlandı


27 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Bu barədə Trend-ə Bakı Dövlət Universitetindən məlumat verilib.

Məlumata görə, xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.

Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.

Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Universitetində baş verib.

Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.

Rektor musavirini bicaqlayan səxs də BDU nun iscisidir – ACIQLAMA

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/rektor-musavirini-bicaqlayan-sexs-de-bdu-nun-iscisidir-aciqlama-foto-yenilendi/

Comments are closed, but trackbacks and pingbacks are open.