“Report”un əməkdaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müsabiqəsinin qalibi olub

“Report”un əməkdaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müsabiqəsinin qalibi olub



Reportun əməkdasi Rəqəmsal Inkisaf və Nəqliyyat Nazirliyinin musabiqəsinin qalibi olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Telefon Rabitəsinin 140 illik yubileyi münasibətilə elan etdiyi media müsabiqəsinin nəticələri açıqlanıb.

Münsiflər heyətinin qərarına görə, “Ən yaxşı məqalə” nominasiyasında qalib “Report” İnformasiya Agentliyinin əməkdaşı Tural İbadlının “Azərbaycan rabitəsi: telefondan rəqəmsal transformasiyaya uzanan 140 illik yol” məqaləsi seçilib.

Bundan əlavə “Ən yaxşı reportaj” nominasiyası üzrə qalib İctimai TV-nin “Biznes Azərbaycan” verilişində Jalə Quliyevanın müəllifliyi ilə yayımlanmış reportaj olub.

“Ən yaxşı reportaj” nominasiyasında həvəsləndirici mükafata Azərbaycan Televiziyasının (AzTV) “Xəbərlər” proqramında yayımlanmış reportajın müəllifi Nuray Vəliyeva, “Ən yaxşı məqalə” nominasiyasında isə həvəsləndirici mükafata “Publika.az” portalında dərc olunmuş “140 yaşlı xəttin özəl gününə baxış” adlı məqalənin müəllifi Aytən Novruzova layiq görülüb.

Qaliblərə və həvəsləndirici mükafata layiq görülənlərə sertifikatlar təqdim olunub. Qaliblərə və həvəsləndirici sertifikat alanlara pul mükafatı veriləcək.





Mənbə: https://report.az/ikt/report-un-emekdasi-reqemsal-inkisaf-ve-neqliyyat-nazirliyinin-musabiqesinin-qalibi-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.