“Report”un üç əməkdaşı MEDİA-nın keçirdiyi müsabiqənin qalibi olub

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsinin qaliblərini açıqlayıb.

“Report”un məlumatına görə, qaliblər aşağıdakı kimi müəyyənləşib:

“Ən yaxşı reportaj” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı bədii publisistika” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı ictimai-siyasi təhlil” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı sosial-iqtisadi təhlil” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı müsahibə” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı mədəniyyət materialı” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı idman reportajı və ya təhlili” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı köşə yazısı” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı jurnalist” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı oçerk” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı ictimai-siyasi reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı iqtisadi reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı sosial reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı mədəniyyət reportajı” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı idman reportajı” nominasiyası üzrə 2 nəfər qalib olub.

Qaliblər arasında “Report”un üç əməkdaşı da var. Belə ki, “Ən yaxşı sosial-iqtisadi təhlil” nominasiyası üzrə Tural İbadlı, “Ən yaxşı müsahibə” nominasiyası üzrə Elşən Məmmədov, “Ən yaxşı mədəniyyət materialı” nominasiyası üzrə isə Aynur Bayramova qalib olub.





Mənbə: https://report.az/media-xeber/report-un-uc-emekdasi-media-nin-kecirdiyi-musabiqenin-qalibi-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.