Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilməsi ilə bağlı layihə parlamentin iclasına tövsiyə edilib

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinə yeni üzv seçiləcək



Parlamentin Ictimai birliklər və dini qurumlar komitəsinə yeni uzv seciləcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, deputatlar layihə barədə fikirlərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Layihəyə əsasən, 28 May – Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq.





Mənbə: https://report.az/milli-meclis/respublika-gunu-ve-dovlet-musteqilliyi-gununun-adinin-deyisdirilmesi-ile-bagli-layihe-parlamentin-iclasina-tovsiye-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.