Şou Biznes

“Restoranda 60 nəfər bir-birinin ağzının içində oturur”

Aparıcı Zaur Baxşəliyev konsert zallarının açılmamasından bəhs edib.

Axşam.az xəbər verir ki, o, “Zaurla Günaydın” proqramında restoranlarda ara məsafənin qorunmamasından gileylənib:

“Heydər Əliyev Sarayında konsertə icazə verilə bilər. Türkiyədə “Güldür-duldur” ara məsafə qorunaraq nümayiş olunur. Bizdə də biletlərin 50 faizi satılaraq edilə bilər. Maska taxılaraq, məsafə qorunaraq edilməlidir.

Dünən restoranda oturmuşduq. Zalda 60 nəfər var idi. Hamı bir-birinin ağzının içində idi”.







                 






Mənbə: https://axsam.az/?name=xeber&news_id=131486

Related Articles

Back to top button