Roli şəhərinin Kapitol binası qarşısında Vətən müharibəsi şəhidləri yad edilib

Roli şəhərinin Kapitol binası qarşısında Vətən müharibəsi şəhidləri yad edilib


Azərbaycan diasporu ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərindəki Kapitol biinası qarşısında 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya keçirib.

Diasporla iş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, Azərbaycan Dostluq Təşkilatının təşkilatçılığı ilə gerçəkləşdirilən anım mərasimində Şimali Karolina ştatında yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Anım mərasimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqları dalğalandırlıb, “Şəhidlər ölməz!”, “Şəhidlər heç vaxt unudulmur!”, “Anım Günü!”, “Biz 27 sentyabr Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!”, “Azərbaycana ədalət!”, “Qarabağ Azərbaycandır!”, “Vətən var olsun”, “Ermənistanın Qarabağ ərazisini minalaması Azərbaycan jurnalistlərinin həyatına son qoydu”, “Biz sülh istəyirik!” və sair şüarlar yerli ictimaiyyətin nəzərinə çatdırılıb.

Mərasim çərçivəsində təşkil olunan anım guşəsində həlak olmuş əsgər və zabitlərimizin, eləcə də Ermənistanın “Smerç” raketləri və ağır artilleriya ilə Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinə məkrli hücumu nəticəsində həyatını itirən mülki vətəndaşlarımızın və uşaqların fotoşəkilləri nümayiş etdirilib. Guşənin önündə güllər düzülüb və şamlar yandırılıb.

Roli səhərinin Kapitol binasi qarsisinda Vətən muharibəsi səhidləri yad edilib

1632705046 260 Roli səhərinin Kapitol binasi qarsisinda Vətən muharibəsi səhidləri yad edilib





Mənbə: https://report.az/diaspora/roli-seherinin-kapitol-binasi-qarsisinda-veten-muharibesi-sehidleri-yad-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.