“Roma” və “Tottenhem”in səfər sınağı, “Bazel” “Omoniya”nı qəbul edəcək

"Roma" və "Tottenhem"in səfər sınağı, "Bazel" "Omoniya"nı qəbul edəcək



Roma və Tottenhemin səfər sinagi Bazel Omoniyani qəbul edəcək

Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində III tura start veriləcək.

“Report”un məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.

H qrupunda yer alan Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Bakıda Qazaxıstan “Kayrat”ını qəbul edəcək. Bu qrupun digər görüşündə Kipr “Omoniya”sı İsveçrədə “Bazel”in qonağı olacaq.

C qrupunda İtaliya “Roma”sı Norveçdə “Budyo Qlimt” klubu ilə üz-üzə gələcək. G qrupunda turnirin favoritlərindən hesab olunan İngiltərə “Tottenhem”i Niderlandda “Vitess” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Konfrans Liqası, qrup mərhələsi

III tur

A qrupu

18:30. HİK (Finlandiya) – “Makkabi” (Təl-Əviv, İsrail)

20:45. “Alaşkert” (Ermənistan) – LASK (Avstriya)

Xal durumu: “Makkabi” – 4, LASK – 4, HİK – 3, “Alaşkert” – 0.

B qrupu

20:45. “Anortosis” (Kipr) – “Flora” (Estoniya)

23:00. “Partizan” (Serbiya) – “Gent” (Belçika)

Xal durumu: “Partizan” – 6, “Gent” – 6, “Flora” – 0, “Anortosis” – 0.

C qrupu

20:45. “Budyo Qlimt” (Norveç) – “Roma” (İtaliya)

23:00. “MOİK-Sofiya” (Bolqarıstan) – “Zarya” (Luqansk, Ukrayna)

Xal durumu: “Roma” – 6, “Budyo Qlimt” – 4, “MOİK-Sofiya” – 1. “Zarya” – 0.

D qrupu

23:00. ÇFR (Kluj, Rumıniya) – AZ (Niderland)

23:00. “Yablonets” (Çexiya) – “Randers” (Danimarka)

Xal durumu: AZ – 4, “Yablonets” – 3, “Randers” – 2, , ÇFR – 1.

E qrupu

20:45. “Feyenoord” (Niderland) – “Union Berlin” (Almaniya)

20:45. “Makkabi” (Hayfa, İsrail) – “Slaviya” (Praqa, Çexiya)

Xal durumu: “Feyenoord” – 4, “Slaviya” – 3, “Union Berlin” – 3, “Makkabi” – 1.

F qrupu

20:45. “Kopenhagen” (Danimarka) – PAOK (Yunanıstan)

23:00. “Slovan” (Bratislava, Slovakiya) – “Linkoln” (Cəbəllütariq)

Xal durumu: “Kopenhagen” – 6, PAOK – 4, “Slovan” – 1, “Linkoln” – 0.

G qrupu

20:45. “Vitess” (Niderland) – “Tottenhem” (İngiltərə)

20:45. “Mura” (Sloveniya) – “Renn” (Fransa)

Xal durumu: “Tottenhem” – 4, “Renn” – 4, “Vitess” – 3, “Mura” – 0.

H qrupu

20:45. “Qarabağ” (AZƏRBAYCAN) – “Kayrat” (Qazaxıstan)

23:00. “Bazel” (İsveçrə) – “Omoniya” (Kipr)

Xal durumu: “Qarabağ” – 4, “Bazel” – 4, “Omoniya” – 1, “Kayrat” – 1.





Mənbə: https://report.az/futbol-xeberleri/roma-ve-tottenhem-in-sefer-sinagi-bazel-omoniya-ni-qebul-edecek/

Comments are closed, but trackbacks and pingbacks are open.