Ronaldu karyerasının ən ağır anını açıqladı

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldu karyerasındakı ən ağır anı xatırlayıb.

“Report”un məlumatına görə, portuqaliyalı hücumçu “Goal” nəşrinə açıqlamasında ölkəsinin “Sportinq” klubuna keçidini və bu məqsədlə Lissabona gedişini vurğulayıb.

36 yaşlı forvard bildirib ki, həmin vaxt ailəsi ilə vidalaşmaq çox çətin olub: “Onların gözündə gün eynəkləri olsa da, yanaqlarından süzülən yaşları görürdüm. Gözlərimin qarşısında bu görüntü ilə təyyarəyə minməyə getdim. Bu, karyeramın ən çətin anı oldu. Mən də ağladım. Çünki ailəm Madeyrada qaldı”.

Qeyd edək ki, Kriştianu Ronaldu karyerası ərzində “Sportinq”dən əlavə, İngilətərənin “Mançester Yunayted” və İspaniyanın “Real Madrid” klublarında da çıxış edib.





Mənbə: https://report.az/futbol-xeberleri/ronaldu-karyerasinin-en-agir-anini-aciqladi/

Comments are closed, but trackbacks and pingbacks are open.