Ronaldu “Mançester Yunayted”də ilk məşqinə çıxıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yenicə transfer olunduğu İngiltərənin “Mançester Yunayted” klubuna qoşulub.

“Report” Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu əvvəlcə komandanın baş məşqçisi Ole-Qunnar Sulşerlə görüşüb.

Təcrübəli forvard artıq sabiq klubunda ilk məşqinə də çıxıb.

Qeyd edək ki, Ronaldu “Mançester Yunayted”ə İtaliya “Yuventus”undan keçib. O, 2003 – 2009-cu illərdə də “qırmızı şeytanlar”ın formasını geyinib.





Mənbə: https://report.az/futbol-xeberleri/ronaldu-mancester-yunayted-de-ilk-mesqine-cixib/

Comments are closed, but trackbacks and pingbacks are open.