Ronaldu “Yuventus”dan gedəcək | Report.az

Ronaldu "Yuventus"dan gedəcək | Report.az



Ronaldu Yuventusdan gedəcək Reportaz

İtaliyanın “Yuventus” futbol klubu həddindən artıq yüksək maaş səbəbindən portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə müqavilənin uzadılmasından imtina edib.

“Report” xəbər verir ki, bu barədə “Sky Sports” bildirib.

Klubun Ronaldu ilə qüvvədə olan razılaşması 2022-ci il ilin yayına qədər nəzərdə tutulub. Bu halda klub və futbolçu qarşılıqlı anlaşmadadır və birgə məhsuldar iş davam edir.

Bundan əvvəl bildirilirdi ki, “Yuventus” və Ronaldu yaxın günlərdə müqavilənin müddətinin uzadılmasını müzakirə etmək niyyətindədir. Məlumata görə, Turin klubu 2023-cü ilə qədər portuqal hücumçusu ilə yeni razılaşmanı imzalamaq istəyir. Yeni müqavilənin şərtlərinə görə Ronaldu maaşı azaldılacaq: portuqaliyalı indiki razılaşmada yazılmış illik 31 milyon avro əvəzinə 20 milyon avro alacaq.

Xatırladaq ki, Ronaldu 2018-ci ildən “Yuventus”da çıxış edir. Otuz altı yaşlı portuqal hücumçusu ötən mövsümdə 29 qol vurub. O, bununla İtaliya çempionatının ən yaxşı bombardiri olub. Ronaldunun İtaliya klubu ilə qüvvədə olan müqaviləsi 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub.





Mənbə: https://report.az/futbol-xeberleri/ronaldu-yuventus-dan-gedecek/

Comments are closed, but trackbacks and pingbacks are open.