Ronaldunun “Mançester Yunayted”dəki məvacibi açıqlanıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun İngiltərənin “Mançester Yunayted” klubundakı məvacibi açıqlanıb.

“Report” “Spotrac”a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Mançester təmsilçisində illik 25 milyon funt sterlinq qazanır.

Bu, ölkənin digər 3 klubu olan “Norviç”, “Lids” və “Brentford”un ayrı-ayrılıqda oyunçularına ödədiyi illik vəsaitdən daha çoxdur. Bu komandalarda futbolçuların illik maaşı müvafiq olaraq, 24,2 milyon funt sterlinq, 17,9 milyon funt sterlinq və 12,8 milyon funt-sterlinq təşkil edir.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında futbolçulara ən çox məvacib (226,6 milyon funtsterlinq) ödəyən klubdur.





Mənbə: https://report.az/futbol-xeberleri/ronaldunun-mancester-yunayted-deki-mevacibi-aciqlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.