Ruben Diaş: “Əsas şərtimiz Azərbaycanla oyuna fokuslanmaq olacaq”

Ruben Diaş: "Əsas şərtimiz Azərbaycanla oyuna fokuslanmaq olacaq"



Ruben Dias Əsas sərtimiz Azərbaycanla oyuna fokuslanmaq olacaq

“Azərbaycan millisinin İrlandiyaya qarşı oyununu izləmişik”.

“Report”un məlumatına görə, bunu Portuqaliya millisinin futbolçusu Ruben Diaş Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

24 yaşlı müdafiəçi Canni De Byazinin başçılıq etdiyi kollektivin yaxşı oyun sərgilədiyini bildirib: “Bu matçda da əsas şərtimiz diqqətli olmaq və görüşə fokuslanmaq olacaq. Hər şeydən əvvəl meydana böyük konsentrasiya ilə çıxmalı, diqqətli və həvəsli oynamalıyıq. Təhlükəli komanda ilə qarşılaşmalı olduğumuzu bilirik, Turindəki matç bunun gözəl nümunəsi idi. Oyunun taleyini ambisiyamız və qətiyyətimiz həll edəcək”.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Portuqaliya matçı saat 20:00-da start götürəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/ruben-dias-azerbaycan-millisinin-yaxsi-oyun-sergilediyini-gorduk/

Comments are closed, but trackbacks and pingbacks are open.