Rusiya azad edilmiş torpaqlarda bərpa işlərində iştirak edə bilər

Rusiya azad edilmiş torpaqlarda bərpa işlərində iştirak edə bilər



Rusiya azad edilmis torpaqlarda bərpa islərində istirak edə bilər

Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirak etməyə hazırdır.

Bunu “Report”-a müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“Bölgələrdə yaşayışın bərpasına gəlincə, təbii ki, Rusiya şirkətlərinin bu işlərə hansı mərhələdə, hansı formada qoşula biləcəyinə dair Azərbaycan tərəfinin təkliflərilə məmnuniyyətlə tanış olardıq. Bildiyimiz kimi, Azərbaycan hökuməti konkret rayonların, o cümlədən Ağdam rayonunun bərpasına dair planlar üzərində çalışır. Bunun ardından başqa rayonların də bərpasına dair plan və proqramlar hazırlanmalıdır. Bu prosesə qoşulmaqda maraqlıyıq” – deyə diplomat qeyd edib.





Mənbə: https://report.az/qarabag/rusiya-azad-edilmis-torpaqlarda-berpa-islerinde-istirak-ede-biler/

Comments are closed, but trackbacks and pingbacks are open.