Rusiya Premyer Liqasında legioner limiti ləğv edilə bilər

Rusiya Premyer Liqasında legioner limiti ləğv edilə bilər



Rusiya Premyer Liqasinda legioner limiti ləgv edilə bilər

Futbol üzrə Rusiya Premyer Liqasında legioner limiti ləğv edilə bilər.

“Report”un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov “Rusiya-24” telekanalına açıqlamasında bildirib.

O, çempionatda legionerlərlə bağlı qoyulan məhdudiyyəti ləğv etmək üçün təklif irəli sürüldüyünü təsdiqləyib: “Təklif legionerlərin sayının müəyyənləşdirilməsinə yanaşmanın dəyişməsindən bəhs edir. Əslində, prinsipcə legioner limitindən imtina etməkdən danışmalıyıq. 2008-ci ildə legionerlər 2020/2021 mövsümündəkindən daha çox oynayıblar. Lakin buna baxmayaraq, milli komanda daha yaxşı çıxış edib”.





Mənbə: https://report.az/futbol-xeberleri/rusiya-premyer-liqasinda-legioner-limiti-legv-edile-biler/

Comments are closed, but trackbacks and pingbacks are open.