Rusiya və Serbiya qazın qiyməti ilə bağlı razılığa gəlib

Rusiya və Serbiya qazın qiyməti ilə bağlı razılığa gəlib



Rusiya və Serbiya qazin qiyməti ilə bagli raziliga gəlib

Rusiya növbəti altı ay ərzində Serbiya üçün qazın qiymətini 270 ABŞ dolları səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına əsasən bildirib.

Vuçiç qeyd edib ki, fevralın sonuna qədər ölkəsinin 30 milyon kubmetrə yaxın qaza ehtiyacı var, may-iyun aylarında isə 4-5 milyon kubmetr qaz lazımdır:

“Prezident Putin Serbiyaya müstəsna dostluq nümayiş etdirdi: qazın qiymətini inanılmaz dərəcədə 270 dollara ala bildik. Bizim üçün qiymət dəyişmir, eyni olaraq qalır. Altı ay ərzində qazın həcmini, eləcə də təchizatın çevikliyini artırmaq barədə razılığa gəldik”.

“Hazırda Avropada 70 milyard kubmetr qaz qıtlığı var. Deməli, bu, bizim üçün xilas kimidir, nə işıq, nə də qaz problemimiz olacaq”, – Serbiya lideri əlavə edib.





Mənbə: https://report.az/energetika/rusiya-ve-serbiya-qazin-qiymeti-ile-bagli-raziliga-gelib/

Comments are closed, but trackbacks and pingbacks are open.