Rusiya XİN: “3+3″ formatının tezliklə tətbiqinin tərəfdarıyıq”

Rusiya XİN: Qarabağda prioritet üçtərəfli bəyanatların icrasıdır



Rusiya XIN Qarabagda prioritet uctərəfli bəyanatlarin icrasidir

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın irəli sürdükləri “3+3” formatına dair təşəbbüs Rusiya tərəfindən dəstəklənir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Biz çoxtərəfli regional əməkdaşlığın inkişafında bu formatın ehtimal olunan bütün iştirakçılarının birmənalı olaraq maraqlı olduğunu əsas götürürük. Bu mexanizmin tətbiqi dövlətlər arasında etimadın artmasına, ziddiyyətlərin həllinə dəstəkdir”, – Zaxarova qeyd edib.

XİN rəsmisi bütün tərəflərin mənafeyini nəzərə almaqla həmin mexanizmin tezliklə tətbiqinə tərəfdar olduqlarını vurğulayıb.





Mənbə: https://report.az/xarici-siyaset/rusiya-xin-3-3-formatinin-tezlikle-tetbiqine-terefdariq/

Comments are closed, but trackbacks and pingbacks are open.