Rusiyada COVID-19-a yoluxanların gündəlik sayı azalıb

Rusiyada COVID-19-a yoluxanların gündəlik sayı azalıb



Rusiyada COVID 19 a yoluxanlarin gundəlik sayi azalib

Rusiyada son sutkada koronavirusa təsdiq olunmuş yoluxma sayı daha 35 681 nəfər artıb. Bu isə oktyabrın 24-dən sonra ən aşağı göstəricidir.

Bununla da, yoluxanların ümumi sayı 9 366 839 nəfərə yüksəlib.

Bu barədə “Report” Rusiyanın Operativ Qərargahına istinadən xəbər verir.

Bununla yanaşı, ölkədə gün ərzində COVID-19-a yoluxmuş 1 241 nəfər ölüb, bununla da Rusiyada bu səbəbdən ölənlərin ümumi sayı 265 336 nəfərə çatıb.

Gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 28 713 nəfər sağalıb və bu baxımdan ümumi say 8 053 643 nəfərə çatıb.





Mənbə: https://report.az/region-xeberleri/rusiyada-covid-19-a-yoluxanlarin-gundelik-sayi-azalib/

Comments are closed, but trackbacks and pingbacks are open.