Rusiyalı politoloq: “Mövcud razılaşmalarda statusdan danışılmır”

Rusiyalı politoloq: "Ermənistan sülhü pozmağa çalışır"



Rusiyali politoloq Ermənistan sulhu pozmaga calisir

“Xarici işlər naziri Sergey Lavrov aydın şəkildə bildirib ki, Rusiya Qarabağın statusu məsələsini müzakirə etməyəcək”.

Bu barədə “Report”un Rusiya bürosuna rusiyalı politoloq və hərbi ekspert Aleksandr Perenciyev bildirib.

“Hazırda qüvvədə olan müəyyən razılaşmalar var, Azərbaycanın ərazi bütövlüyü tanınır. Dağlıq Qarabağın statusu isə hər hansı sənəddə hallanmır. Mövcud razılaşmalarda statusdan yox, iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılmasından söhbət açılır” – deyə politoloq qeyd edib.

“Rusiya bu məsələni hələlik, bəlkə heç gələcəkdə də dilə gətirməyəcək. Azərbaycanla Ermənistan arasında sülh sazişi və sərhədlərə dair müqavilə imzalansa, status məsələsi təbii ki, gündəmdən çıxarılacaq” – deyən rusiyalı ekspertin qənaətincə, Azərbaycan və Ermənistan xalqları arasında münasibətləri yoluna qoymaq üçün iqtisadi mexanizmlər yaradılmalıdır: “Həmçinin iki ölkə arasında mədəni əməkdaşlığa da xüsusi diqqət yetirilməlidir”.





Mənbə: https://report.az/qarabag/rusiyali-politoloq-rusiya-qarabagin-statusuna-ehemiyyet-vermir/

Comments are closed, but trackbacks and pingbacks are open.