Rusiyanın səhiyyə naziri COVID-19-un yeni ştamı ilə bağlı xəbərdarlıq edib

Rusiyada koronavirusdan gündəlik ölüm sayı min nəfəri keçib


“COVID-19-un yeni mutasiyası əvvəlkilərdən daha aqressivdir və daha sürətli yayılır”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.

“Əhali arasında ağırlaşma halları daha çoxdur. Ona görə də tibbi xidmət sistemi müəyyən dəyişikliklərə məruz qalır”, – deyə o bildirib.

M.Muraşko xəstəlikdən qorunmağın ən yaxşı yolunun peyvənd olduğunu söyləyib: “Ağırlaşmalar arasında vaksin olunanlar 0,03 faizdən azdır”.

Qeyd edək ki, indiyədək Rusiyada əhalinin 52 faizi peyyvəndlənib.





Mənbə: https://report.az/region-xeberleri/rusiyanin-sehiyye-naziri-covid-19-un-yeni-stami-ile-bagli-xeberdarliq-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.