Səbinə Əliyeva Bolqarıstanda Vətən müharibəsində faktaraşdırıcı missiyalar barədə məlumat verib

Ombudsman: "Ermənistan hökuməti azərbaycanlılara qarşı nifrət siyasətindən əl çəkməlidir"



Səbinə Əliyeva Bolqaristanda Vətən muharibəsində faktarasdirici missiyalar barədə məlumat verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstana səfər çərçivəsində bir sıra qurumların tədbirlərində iştirak edib.

Ombudsman Aparatının Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, S.Əliyeva əvvəlcə Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının üzvləri ilə görüşüb. Görüş zamanı təsisatların fəaliyyət istiqamətləri barəsində qarşılıqlı müzakirə aparılıb. Səbinə Əliyeva Komissiya üzvlərinə Vətən müharibəsi dövründə beynəlxalq humanitar hüququn pozulması faktlarının araşdırılması ilə bağlı həyata keçirilmiş fəaliyyət, o cümlədən faktaraşdırıcı missiyalar, hazırlanmış hesabatlar barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində S.Əliyevanın Bolqarıstan Ombudsmanı Diana Kovaçeva ilə də görüşü baş tutub. Ombudsmanlar təsisatlar arasında qarşılıqlı əlaqələr, habelə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Daha sonra Ombudsman Bolqarıstanın Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetində olub, professor-müəllim heyəti ilə görüşüb. Ombudsman iştirakçılara təsisatın fəaliyyəti barədə məlumat verib və ona ünvanlanmış sualları cavablandırıb.





Mənbə: https://report.az/xarici-siyaset/sebine-eliyeva-bolqaristanda-veten-muharibesinde-faktarasdirici-missiyalar-barede-melumat-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.