Sədr: “Məqsədimiz digər amillərin məhkəmə qərarına təsir göstərməməsidir”

Sədr: "Məqsədimiz digər amillərin məhkəmə qərarına təsir göstərməməsidir"



Sədr Məqsədimiz digər amillərin məhkəmə qərarina təsir gostərməməsidir

“Yeni açılan Sumqayıt Məhkəmə Kompleksi hakimlərin və məhkəmə işçilərinin fəaliyyətində öz rolunu oynayacaq”

“Report”un məlumatına görə, bunu Sumqayıt Kompleks Məhkəməsinə təşkil olunan media-tur zamanı keçirilən brifinqdə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev deyib.

O bildirib ki, bu kompleksdə hakimlər tərəfindən qanuni və ədalətli qərarlar qəbul edilməlidir: “Əks halda, bu gözəllik öz əhəmiyyətini itirir. Keçirilən hər iclasda bu kimi meyarların təbliği üstünlük təşkil edəcək. Məqsədimiz məhkəmə prosesində digər amillərin qəbul edilən qərara öz təsirini göstərməməsidir”.





Mənbə: https://report.az/daxili-siyaset/sumqayit-apellyasiya-mehkemesinin-sedri-meqsedimiz-diger-amillerin-mehkeme-qerarina-tesir-gostermemesidir/

Comments are closed, but trackbacks and pingbacks are open.