Səfir: “Saakaşvilinin Ukraynaya ekstradisiyasından söhbət gedə bilməz”

Səfir: “Saakaşvilinin Ukraynaya ekstradisiyasından söhbət gedə bilməz”



Səfir Saakasvilinin Ukraynaya ekstradisiyasindan sohbət gedə bilməz

“Mixeil Saakaşvilinin Ukraynaya ekstradisiyasından söhbət gedə bilməz”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili deyib.

Onun sözlərinə görə, ekstradisiya faktiki olaraq cinayətkarın ekstradisiyasını nəzərdə tutur.

“Bildiyim qədər Ukraynada ona qarşı heç bir cinayət işi qaldırılmayıb. Mixeil Saakaşvilinin Ukraynada ittiham olunan statusu yoxdur. Buna müvafiq olaraq, onun Ukraynaya təhvil verilməsi ilə bağlı tələb yoxdur və bildiyim qədər ola da bilməz”, – diplomat söyləyib.

G.Zakaraşvili qeyd edib ki, eks-prezidentlə bağlı Gürcüstan qanunlarının bütün normalarına, həmçinin beynəlxalq qanunlara riayət olunur.

Qeyd edək ki, Ukrayna vətəndaşı olan Gürcüstanın keçmiş dövlət başçısı oktyabrın 1-də Tbilisidə saxlanılıb.





Mənbə: https://report.az/region-xeberleri/sefir-saakasvilinin-ukraynaya-ekstradisiyasindan-sohbet-gede-bilmez/

Comments are closed, but trackbacks and pingbacks are open.