Şəhid gizirin xatirə yarışının qalibləri mükafatlandırıldı

Şəhid gizirin xatirə yarışının qalibləri mükafatlandırıldı



Səhid gizirin xatirə yarisinin qalibləri mukafatlandirildi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) Vətən müharibəsi şəhidi, gizir Ziyad Muradovun xatirəsinə həsr edilmiş onlayn bilik yarışının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

“Report”un məlumatına görə, yarış BŞGİBİ, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə aprelin 24-də start götürüb.

Onlayn turnirdə hər komandada 6 nəfər olmaqla 23 komanda (ümumi 138 nəfər) iştirak edib. Mükafatlandırma mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni iştirakçılar tərəfindən canlı səsləndirilib.

Tədbiri giriş sözü ilə açan BŞGİBİ-nin rəisi Raqif Abbasov şəhidin həyatı və döyüş yolu haqqında tədbir iştirakçılarına məlumat verib. O, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərin, o cümlədən Ziyad Muradovun xatirəsinin xalqın qəlbində yaşayacağını bildirərək, belə igid oğul böyütdükləri üçün şəhidin ailəsinə minnətdarlıq edib.

Abbasov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, Baş İdarə tərəfindən şəhidlərin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlərin keçiriləcəyini söyləyib.

Tədbirdə şəhidin atası Muradxan Muradov tədbir iştirakçılarına ürək sözlərini deyib. Sonda yarışın qalibləri Baş İdarə tərəfindən mükafatlandırılıb və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, onlayn bilik yarışında I yeri “Zeniths” komandası (Gəncə şəhəri), II yeri “Apoclaypse” (Gəncə şəhəri), III yeri “Dəmir Yumruq” (Şəki şəhəri) tutub.





Mənbə: https://report.az/ferdi/sehidinin-xatiresine-hesr-edilmis-yarisin-qalibleri-mukafatlandirildi/

Comments are closed, but trackbacks and pingbacks are open.