Şəhid jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxıldı – FOTO – Yenicag.Az

Kəlbəcərdə jurnalistlərin minaya düşmə anı – VİDEO


Niderland krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Azərbaycanın inciləri” layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində mina partlaması nəticəsində həlak olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəkilləri təsvir edilib.

Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin cinayətkar davranışına və mina xəritələrini təhvil verməməklə regionda sülhə-sabitliyə mane olmasına cəlb etməkdir.

Səhid jurnalistlərin xatirəsinə beynəlxalq poct markasi buraxildi – FOTO –

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/sehid-jurnalistlerin-xatiresine-beynelxalq-poct-markasi-buraxildi-foto/

Comments are closed, but trackbacks and pingbacks are open.