Şəhid xanımı yoldaşının ildönümündə qəzaya düşərək öldü – FOTO – Yenicag.Az

Şəhid xanımı yoldaşının ildönümündə qəzaya düşərək öldü – FOTO


Bu gün Şəhid mayor Rəhim Hüseynovun ildönümündə iştirak etmək üçün Bakıdan Zərdab rayonuna gedən həyat yoldaşı Günel Hüseynova yol qəzası nəticəsində dünyasını dəyişib.

Səhid xanimi yoldasinin ildonumundə qəzaya dusərək oldu – FOTO –

Yenicag.az-ın əldə etdiyi məlumata görə, bu gün 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun mayoru Rəhim Qədir oğlu Hüseynovun ildönümüdür. O, 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.

Şəhidin ildönümü mərasimi ilə əlaqədar övladı ilə Zərdab rayonuna gedən Günel Hüseynova ağır yol qəzası nəticəsində vəfat edib. İlkin məlumata görə, qəza nəticəsində sürücü də ölüb. Avtomobildə olan uşaq isə xəsarət alıb. Şəhidin ikinci oğlu olan uşaq hazırda xəstəxanadadır.

Gülşən Şərif

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/sehid-xanimi-yoldasinin-ildonumunde-qezaya-duserek-oldu-foto/

Comments are closed, but trackbacks and pingbacks are open.