Şəkidə “İnkassator” və “VAZ” toqquşub, xəsarət alanlar var

Şəkidə "İnkassator" və "VAZ" toqquşub, xəsarət alanlar var



Səkidə Inkassator və VAZ toqqusub xəsarət alanlar var

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “İnkassator” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/sekide-inkassator-ve-vaz-toqqusub-xesaret-alanlar-var/

Comments are closed, but trackbacks and pingbacks are open.