Səkkiz kənd qazsız qaldı – VİDEO – Yenicag.Az

Lerikdə sel: Səkkiz kənd qazsız qaldı – VİDEO


Lerik rayonuna yağan leysan yağışlarından sonra bəzi kəndlər qazsız qalıb.

Yenicag.az xəbər verir ki, Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, yağan leysandan sonra Lerikdə qaz xətlərində qırılma olub:

“Lerik rayonu Osmanlı, Kəlvəz, Kələxan, Göydərə, Məhləbad, Hiyveri, Hüseynabad və Amburdərə kəndlərinə güclü selin gəlməsi nəticəsində qaz xətlərinin qırılması ilə əlaqədar ötən gün saat 18:40-da qaz təchizatı müvəqqəti dayandırılıb. Bununla əlaqədar 352 istehlakçının qaz təminatında fasilə yaranıb”.

“Ərazidə bu gün təmir işləri aparılacaq”, – deyə o qeyd edib.

 

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/lerikde-sel-sekkiz-kend-qazsiz-qaldi-video/

Comments are closed, but trackbacks and pingbacks are open.