Şəmkirdə bir nəfərin su kanalında batdığı ehtimal edilir 

Şəmkirdə bir nəfərin su kanalında batdığı ehtimal edilir 



Səmkirdə bir nəfərin su kanalinda batdigi ehtimal edilir

Şəmkir rayonunda yerli sakinin su kanalında batdığı güman edilir.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Mahmudlu kəndində su kanalında çimən 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlu batdığı ehtimal edilir.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və xilas edicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/semkirde-bir-neferin-su-kanalinda-batdigi-ehtimal-edilir/

Comments are closed, but trackbacks and pingbacks are open.