Şəmkirdə su kanalında batan gəncin meyti tapılıb – YENİLƏNİB 

Şəmkirdə su kanalında batan gəncin meyti tapılıb - YENİLƏNİB 



Səmkirdə su kanalinda batan gəncin meyti tapilib YENILƏNIB

Şəmkir rayon Mahmudlu kənd ərazisində su kanalında batan şəxsin meyti tapılıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Su kanalında batan, 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun meyti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

18:48

Şəmkir rayonunda yerli sakinin su kanalında batdığı güman edilir.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Mahmudlu kəndində su kanalında çimən 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlu batdığı ehtimal edilir.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və xilas edicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/semkirde-su-kanalinda-batan-gencin-meyti-tapilib-yenilenib/

Comments are closed, but trackbacks and pingbacks are open.