Şərif Şərifov: “Olimpiadaya karyeramın sonuncu yarışı kimi hazırlaşmışam”

Şərif Şərifov: "Olimpiadaya karyeramın sonuncu yarışı kimi hazırlaşmışam"



Sərif Sərifov Olimpiadaya karyeramin sonuncu yarisi kimi hazirlasmisam

“Bu, mənim üçün sayca 3-cü olimpiada olacaq. Amma hazırda elə hiss edirəm ki, sanki birincidir. Hələ də qələbə əzmi ilə alışıb-yanıram”.

“Report”un məlumatına görə, bu fikirləri Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov (97 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi yutub kanalına açıqlamasında deyib.

Olimpiya çempionu bu yarışa fərqli fomada kökləndiyini bildirib: “Tokio olimpiadasına karyeramın sonuncu yarışı, həlledici an kimi hazırlaşmışam. Olimpiya oyunlarında karyeramı gözəl şəkildə başa vurmaq istəyirəm”.

74 çəki dərəcəsində zədələnən Hacımurad Hacıyevi əvəzləyən Turan Bayramov isə deyib ki, 20 yaşında olimpiadada iştirak etmək sevindirici haldır: “Bu, mənim üçün uğurdur. Bunun davamını gətirmək, olimpiya çempionu olmaq istəyirəm. Yarışa əlimdən gəldiyi qədər hazırlaşdım. Mənə inananların ümidini doğrutlmağa və olimpiya qızılını Azərbaycana gətirməyə çalışacağam”.

Qeyd edək ki, Tokio-2020-də güləş yarışları 1 – 7 avqustda olacaq.





Mənbə: https://report.az/ferdi/serif-serifov-olimpiadaya-karyeramin-sonuncu-yarisi-kimi-hazirlasmisam/

Comments are closed, but trackbacks and pingbacks are open.