“Şərq tərəfdaşlığı” ölkələrinin XİN başçıları noyabrın 15-də Brüsseldə görüşəcəklər

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirləri noyabrın 15-də Brüsseldə görüş keçirəcəklər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqının Şurası məlumat yayıb.

Toplantıda tərəfdaşlığın inkişafı və onun xalqlara fayda gətirməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Xüsusi diqqət idarəçilik və investisiyalar, həmçinin dayanıqlılıq, bərpa və islahatlar üçün tərəfdaşlığın gücləndirilməsi məsələlərinə yönəldiləcək.

Qeyd edək ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan və Ermənistan təmsil olunur. Belarus təşəbbüsdə iştirakını bu ilin iyununda dayandırıb.





Mənbə: https://report.az/xarici-siyaset/serq-terefdasligi-olkelerinin-xin-bascilari-noyabrin-15-de-brusselde-gorusecekler/

Comments are closed, but trackbacks and pingbacks are open.